Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Far.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 17 yaşlı Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaqlanıb.
Hər iki şəxs qohumdur. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.