EN

Paşinyan iyunun 20-də Ankarada Ərdoğanla GÖRÜŞƏCƏK

Paşinyan iyunun 20-də Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Qeyd olunur ki, Ermənistanın baş nazirinin Türkiyəyə səfəri iyunun 20-nə planlaşdırılıb.

Məlumata görə, Paşinyan və Ərdoğan Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini müzakirə etməyi planlaşdırır.

Gündəliyə İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə bağlı bir sıra digər məsələlər də daxildir.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
38
interpress.az

1Sources