
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “24News” yüksək vəzifəli diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Ermənistanın Baş nazirinin Türkiyəyə səfəri iyunun 20-nə planlaşdırılıb.
Sayt yazır ki, Paşinyan və Ərdoğan Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini müzakirə etməyi planlaşdırır.
Gündəliyə İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması ilə bağlı bir sıra digər məsələlər də daxildir.