EN

“Mançester Yunayted”dən yeni hücumçu transferi – RƏSMİ

“Mançester Yunayted” Mateus Kunyanın transferini açıqlayıb. Msport.az xəbər verir ki, braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə klubu 26 yaşlı futbolçunun keçidinə görə 4 və ya 5 il ərzində 74 milyon avro ödəyəcək.

Kunya 2023-cü ildən “Vulverhemton”un şərəfini qoruyurdu. O, buna qədər “Sion”, “Leyptsiq”, “Herta” və “Atletiko Madrid” komandalarını formasını geyinib.

Forvard Braziliya millisində 15 oyunda 1 qol vurub.

Chosen
15
msport.az

1Sources