EN

TÜRKPA ortaq maraqlarımızı reallaşdırmağa imkan verən mühüm platformadır - Milli Məclisin sədri

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Qazaxıstanınpaytaxtı Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasından sonrakeçirilən mətbuat konfransında çıxış edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, O, TÜRKPA-ya sədrliyin Azərbaycan RespublikasıMilli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinəkeçdiyini xatırladaraq, bu sədrliyin təşkilatın daha dagüclənməsinə, ümumi işimizin daha da möhkəmlənməsinə töhfəverəcəyinə inamını ifadə edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan RespublikasınınMilli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə çox böyük əhəmiyyətverir. O, Milli Məclisin qardaş ölkə parlamentləri ilə ikitərəflivə çoxtərəfli əməkdaşlığının mahiyyətində Azərbaycan Prezidentiİlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmizyoxdur” fikrinin dayandığını söyləyib.

Spiker Sahibə Qafarova deyib ki, eyni kökdən olan, ortaqmilli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birliyi və həmrəyliyiolduqca təbii bir prosesdir. Bu gün bu birlik və həmrəylik özifadəsini qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfliəlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin gündən-günəmöhkəmlənməsində və genişlənməsində tapır.

Milli Məclis sədrinin sözlərinə görə, Türk əməkdaşlıqtəşkilatları da bu prosesdə mühüm rol oynayırlar. Əməkdaşlıqgündəliyinin zəngin olması Türk Dövlətləri Təşkilatının Dövlətbaşçılarının ənənəvi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvəgörüşlərinin keçirilməsini də labüd edib. O, xüsusilə qeyd edib ki.bu görüşlərin keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlhamƏliyev tərəfindən irəli sürülüb. İlk qeyri-rəsmi Zirvə görüşü ötənilin iyulunda Azərbaycanın mədəniyyət paytaxtı, Ermənistanınişğalından azad edilmiş Şuşa şəhərində, ikincisi isə cari ilin mayayında Budapeşt şəhərində keçirilmişdir.

Qardaş xalqlarımızın təmsilçiləri olaraq, parlament üzvlərinində bu prosesə necə töhfə verə biləcəyi məsələsini hər zamandiqqətdə saxladığını söyləyən Sahibə Qafarova, bu mənada, TürkDövlətləri Parlament Assambleyasının ortaq maraqlarımızıreallaşdırmağa imkan verən, çoxşaxəli əməkdaşlığımızı ümumi hədəfəyönəldən mühüm platforma kimi çıxış etdiyini bildirib.

Ötən illər ərzində TÜRKPA-nın əhəmiyyətli inkişaf yolukeçdiyini, parlamentlərimizin qarşılıqlı faydalı işbirliyininsəmərəli mexanizminə çevrildiyini deyən spiker Sahibə Qafarova,Assambleyanın 14-cü Şura və plenar iclaslarının uğurla keçdiyinixatırladıb. Onun sözlərinə görə, iclasda həm ötən dövrdə görülənişlər, həm də gələcək planlar nəzərdən keçirilib. Plenar iclasınyekununda qəbul olunan Astana Bəyannaməsi də ölkələrimizimaraqlandıran məsələlərə dair ortaq mövqeyimizin,parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin birifadəsidir.

Chosen
19
3
az.trend.az

7Sources