Macarıstanın baÅŸ naziri Viktor Orban tÉ™rÉ™fdarları ilÉ™ qapalı görüşdÉ™ Ukraynanın Avropa İttifaqı vÉ™ NATO-ya üzvlüyünün mümkünsüzlüyündÉ™n danışıb..Â
Redaktor.az TASS-a istinadən xəbər verir.
"Kiyevin artıq pulu yoxdur. Bu baxımdan, Ukrayna Avropa İttifaqına daxil olarsa, ittifaq Ukraynanın pensiyalarını və Ukraynanın dövlət sektorunda çalışan işçilərin, eləcə də ölkə ordusunun maaşlarını maliyyələşdirməli olacaq. Bu, indiyə qədər bildiyimiz kimi Avropa Birliyinin sonu demək olardı",- deyə Orban bildirib.
Macarıstanın baş naziri əlavə edib ki, Ukrayna Şimali Atlantika Alyansı ilə Rusiya arasında daimi müharibə təhlükəsi riski səbəbindən NATO-ya daxil ola bilməz.
Xədicə BAXIŞLI