EN

Tanınmış şair ağacdan yıxıldı, sümükləri sındı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Tahir Ələkbərli iyunun 7-də – bayram günü tut yığarkən ağacdan yıxılıb. Nəticədə onun bədənində 10 sümüyü sınıb.

KONKRET.az xəbər verir ki, hazırda səhhəti stabil olan şair Teleqraf-a açıqlamasında hadisənin necə baş verdiyi barədə danışıb.

“Bayram günü səhər saat 7 radələrində tut yığmaq üçün evin yaxınlığındakı ağaca çıxmışdım. Əvvəldən idmanla məşğul olanam, özümə güvənənəm. Hər il o tutdan yığıram, dostlarla birlikdə yeyirik. Bu dəfə dostlarla bir süfrədə oturmuşduq, tut yığmaq üçün ağaca çıxdım, budaq sındı, nəticədə budaq qarışıq yerə dəydim. Çanaqda 9 sınıq, qabırğada isə 1 sınıq oldu. Qızıma zəng etdim, məni Kliniki Tibbi Mərkəzinin Travmatologiya şöbəsinə yerləşdirdilər. Həkimlər əllərindən gələn köməkliyi etdilər. 3 gün orada qaldım, hazırda evdəyəm. Sağalmaq üçün 2 ay yataq şəraitində olmalıyam”, – deyə o əlavə edib.

Chosen
46
6
konkret.az

7Sources