EN

Təyyarə qəzasında sağ qalan olmayıb

Hurriyyet.az xəbər verir ki, iyunun 12-də Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhər hava limanından havaya qalxdıqdan bir neçə saniyə sonra qəzaya uğrayan sərnişin təyyarəsində olan 242 nəfərin (iki pilot və on nəfər bələdçi də daxil olmaqla) hamısı həlak olub.

Xəbər verdiyimiz kimi, "Air İndia" aviaşirkətinə məxsus olan və Londona istiqamətlənən "Boeing 787-8 Dreamliner" təyyarəsi həkimlər üçün yataqxananın damının üzərinə düşüb. Polisin ilkin məlumatına görə, qəzadan sağ çıxan olmayıb.

Həlak olanlardan 169 nəfəri Hindistan, 53 nəfəri Böyük Britaniya, 7 nəfəri Portuqaliya, 1 nəfəri Kanada vətəndaşı olub. Təyyarə 2014-cü ildən bəri aviaşirkətə xidmət edib və ən etibarlı təyyarələrdən hesab edilib.

Faciədən sonra ABŞ birjalarında "Boinq" şirkətinin səhmləri 8 faizə yaxın ucuzlaşıb.

Hürr Tərcüman

 

Chosen
63
hurriyyet.az

1Sources