EN

“Dəfn pulu” da ARTIRILDI

Vəfat edən şəxsə görə dəfn üçün verilən müavinətin məbləği artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, 2025-ci il 1 iyuldan dəfn üçün ayrılan vəsaitin məbləği 600 (altı yüz) manat olacaq.

Qeyd edək ki, dəfnə görə birdəfəlik sosial müavinət “İşsizlikdən sığorta haqında” qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan, sığorta olunan şəxslər və ya əmək pensiyası alan şəxslər vəfat etdikdə ödənilir. Hazırda dəfn üçün 500 manat vəsait ödənilir.

Xatırladaq ki, təqaüdçülərin dəfni üçün ayrılan vəsait isə birbaşa pensiyanın minimum məbləğindən asılı olaraq dəyişir. Təqaüdçülər vəfat etdikdə onların dəfnini üzərinə götürən şəxslərə dəfn üçün minimum pensiyanın (320 manat) üç misli qədər vəsait ödənilir. Yanvar ayından bu məbləğ 960 manatdır.

Günay Şahmar, Bizim.Media

Chosen
31
bizim.media

1Sources