EN

Astarada əməliyyat - 23 kq narkotik...

Astarada rayonunda 23 kq narkotik vasitə aşkar olunaraq götürülüb. 

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. 

Bildirilib ki, rayonda keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
37
17
news365.az

10Sources