EN

Azərbaycan XİN xarici diplomatları ölkənin xarici siyasət prioritetləri haqqında məlumatlandırdı

BAKI, 12 iyun. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi 27 ölkədən olan xarici diplomatları Azərbaycanın xarici siyasət prioritetləri haqqında məlumatlandırıb.

Telqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də paylaşım edib.

"Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və ADA Universiteti tərəfindən birgə təşkil olunan Təkmilləşdirilmiş Xarici Xidmət Proqramı çərçivəsində 27 ölkədən olan xarici diplomatlara Azərbaycanın xarici siyasət prioritetləri haqqında məlumat verməkdən məmnunam",- paylaşımda deyilir.

Chosen
58
7
teleqraf.com

8Sources