“Bayram günü səhər saat 7 radələrində tut yığmaq üçün evin yaxınlığındakı ağaca çıxmışdım. Əvvəldən idmanla məşğul olanam, özümə güvənənəm. Hər il o tutdan yığıram, dostlarla birlikdə yeyirik. Bu dəfə dostlarla bir süfrədə oturmuşduq, tut yığmaq üçün ağaca çıxdım, budaq sındı, nəticədə budaq qarışıq yerə dəydim. Çanaqda 9 sınıq, qabırğada isə 1 sınıq oldu. Qızıma zəng etdim, məni Kliniki Tibbi Mərkəzinin Travmatologiya şöbəsinə yerləşdirdilər. Həkimlər əllərindən gələn köməkliyi etdilər. 3 gün orada qaldım, hazırda evdəyəm. Sağalmaq üçün 2 ay yataq şəraitində olmalıyam”, - deyə o əlavə edib.