EN

Açıq tipli tapşırıqlar düzgün yoxlanmayıb? - DİM CAVABLADI

Sosial şəbəkələrdə qəbul imtahan nəticələrinin, xüsusilə də açıq tipli tapşırıqların düzgün şəkildə yoxlanılamamasıyla bağlı narazılıqlar bildirilir.

 

Bəs görəsən, bu nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-ın Dövlət İmrahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, abituriyentlər DİM-in saytında - imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər:

 

"Çox təəssüf ki, iştirakçıların əksəriyyəti yalnız "sms"lə nəticələrini öyrənir və saytımızda olan açıq məlumatlarla tanış olmurlar. Hər bir imtahan iştirakçısı öz səhifəsinə daxil olub yazdığı cavablar və meyarlarla diqqətlə tanış olmalıdır.

 

Əgər yenə də abituriyent üçün hər hansı izah olunmalı məqam qalarsa, rəsmi qaydada öz müraciətini bizə təqdim edə bilər. Hər bir müraciətə baxılır, araşdırılır və cavab verilir",- deyə DİM-dən məlumat verilib.

Chosen
35
azedu.az

1Sources