BAKI, 12 iyun. TELEQRAF
ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi bu ölkədəki diplomatik fəaliyyətini yekunlaşdıracaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Rusiyadakı səfirliyi məlumat yayıb.
Yayılan açıqlamada qeyd olunur ki, səfir Treysinin səlahiyyətinin başaçatma mərasimi iyunun 13-də canlı yayımla təqdim olunacaq.
Qeyd edək ki, Linn Treysi 2019–2022-ci illərdə ABŞ-nin Ermənistandakı səfiri vəzifəsində çalışıb.