EN

Paşinyanla savaşan erməni patriarxına axınla dəstək gəldi

Yüzlərlə insan ezamiyyətdən qayıdan Bütün Ermənilərin Katolikosu 2-ci Qaregini qarşılamaq üçün çərşənbə gününə keçən gecə Yerevanın beynəlxalq Zvartnots hava limanına toplaşıb.

Bununla onlar Baş nazir Paşinyanla qarşıdurmada Erməni Apostol Kilsəsinin rəhbərinə dəstək olduqlarını ifadə ediblər.

İzdihama müraciət edərək, 2-ci Qaregin həmrəy və təmkinli olmağa, davam edən gərginliyə müdriklik və inamla qarşı durmağa çağırıb.

2-ci Qaregin: "Bilirəm ki, siz son günlər Baş nazirin Kilsəyə və onun təmsilçilərinə qarşı bəyanatlara qəzəbinizi bildirməyə gəlmisiniz. Biz bilirik ki, bu bəyanatlar istər Ermənistanda, istərsə də bütün diasporda xalqımızın hiddətinə səbəb olub".

Baş nazirin bəyanatlarına dair sualları cavablandıraraq, Katolikos vurğulayıb ki, kilsə və din xadimlərinə aidiyyəti olan məsələlər müvafiq qurumlar tərəfindən müzakirə edilməlidir.

Son günlər Baş nazir Erməni Apostol Kilsəsi nümayəndələrinə qarşı sosial şəbəkədə bir sıra şərhlərindən sonra yeni katolikos seçkilərini keçirməyə çağırıb.

O, Katolikos 2-ci Qareginin subaylıq əhdinə əməl etməsi faktın şübhə doğurduğunu və yeni katolikos seçməyi tələb edib.

Videoya Youtube kanalımızda baxın.

Chosen
61
bbc.com

1Sources