EN

Ramil Həsən TÜRKPA-nın yeni Baş Katibi SEÇİLDİ

Ramil

12 iyun 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Plenar Sessiyasında vacib qərar qəbul edilib.Ulusum.az xəbər verir ki, sessiyada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın təklifi ilə deputat Ramil Həsənin namizədliyi irəli sürülüb.Sessiyada iştirak edən üzv ölkələrin parlament sədrləri və millət vəkilləri bu təklifi yekdilliklə dəstəkləyərək, Milli Məclisin deputatı Ramil Həsəni TÜRKPA-nın yeni Baş Katibi seçiblər.Qeyd edək ki, Ramil Həsən (tam adı: Ramil Sahib oğlu Həsən) 23 sentyabr 1978-ci ildə Ermənistanın Qafan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistraturanı bitirib. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.Karyerası boyunca müxtəlif vəzifələrdə çalışıb:- 1999–2001: Müşfiqabad qəsəbə bələdiyyəsinin sədr müavini.- 2002–2009: Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi.- 2009–2013: Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi.- 2014–2018: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi.2020-ci ildə 91 saylı Ucar seçki dairəsindən Azərbaycan Milli Məclisinə deputat seçilib. Hazırda Milli Məclisin Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür. İngilis və rus dillərini bilir, evlidir, iki övladı var.

Diqqət Çəkənlər

Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - VİDEO

Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO

Burak Özçivit Yeni Stilini Göstərdi – Kuruluş Osman Ulduzunun Moda Dəyişikliyi 2025

Chosen
40
ulusum.az

1Sources