EN

Berlin Kiyevə əlavə hərbi dəstək verməyə hazırlaşır

Berlin Ukraynaya əlavə 1,9 milyard avro məbləğində hərbi yardım ayırmağı planlaşdırır.

Busaat.az Report.az-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

“Biz Ukraynaya 4 milyard avro yardım ayırmağı planlaşdırmışdıq. Son aylarda bu məbləği 7 milyard avroya qədər artırdıq. Daha 1,9 milyard avro əlavə etmək istəyirik, lakin bu, hələ qəti qərar deyil”, – o qeyd edib.

Chosen
68
10
busaat.az

10Sources