EN

Himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara görə 650 manata qədər müavinət veriləcək

Himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara görə müavinətlər artırılıb...

Poliqon-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il iyulun 1-dən himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə müavinət 0-6 yaş arası uşaq üçün 395 manat manatdan 500 manata, 7–13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14–18 yaş arası uşaq üçün 435 manatdan 650 manata qaldırılıb.

Poliqon.info

 

Chosen
35
3
poliqon.info

4Sources