EN

IDEA Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirdi

İyunun 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə dəniz mövsümünün başlanması ərəfəsində Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası təşkil olunub.

IDEA-dan Bizim.Media-ya verilÉ™n mÉ™lumata görÉ™, “SahillÉ™r tÉ™miz qalsın!” şüarı altında keçirilÉ™n aksiyada 50 IDEA könüllüsü iÅŸtirak edib. Aksiya zamanı 2 tona yaxın tullantı toplanaraq Balaxanı BÉ™rk MÉ™iÅŸÉ™t Tullantılarının ÇeÅŸidlÉ™nmÉ™si Zavoduna tÉ™hvil verilib.

Aksiyanın əsas məqsədi vətəndaşlar arasında sahilyanı ərazilərdə təmizlik qaydalarına əməl olunmasını təşviq etmək, dənizkənarı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və ictimaiyyəti Xəzər dənizi və ətraf mühitin mühafizəsi istiqamətində səfərbər etməkdir.

Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.

IDEA İctimai Birliyi dəniz mövsümünün başlanması ərəfəsində vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları özü ilə aparmağa çağırır.

Bizim.Media

Chosen
38
8
bizim.media

9Sources