EN

Avtomobillərin məlumat bazası yaradıla bilərVİDEO

Azərbaycanda avtomobillər üzrə məlumat bazası yaradıla bilər. Bazada VİN kod sistemi ilə maşının qəza tarixçəsindən tutmuş, təmirinə qədər hər şey görünəcək. Bu, bazarda saxtalaşmanın qarşısını alacaq, alqı-satqıda şəffaflıq yaradacaq. Ekspertlər dəyişikliyi vacib hesab edirlər.

Xezerxeber.az-ın məlumatına görə, illərdir qabaqcıl ölkələrdə tətbiq edilən bu təcrübə nəhayət Azərbaycanda da yaradıla bilər.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, hazırda dünya təcrübəsi araşdırılır.

Ekspertlər isə deyirlər ki, belə bir sistem illər əvvəl tətbiq olunmalı idi. Çünki bu, təkcə alqı-satqıda yox, ümumiyyətlə, avtomobil bazarında şəffaflığı təmin edər.

Bu  həm də  real bazar dəyərini, düzgün sığortalanmanı da müəyyən edəcək.

Sistemin yaxın illərdə tətbiqi gözlənilir. Hazırda aidiyyəti qurumlarla birgə hüquqi və texniki əsaslandırmalar aparılır. Əgər ölkəmizdə də belə bir sistem istifadəyə verilsə, Azərbaycanda avtomobil bazarında yeni bir mərhələ başlaya bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
14
xezerxeber.az

1Sources