ABŞ prezidenti Donald Trampın atdığı addımlar , Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə birbaşa dialoqun başlanması çox vacibdir.
Bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Prezident Trampın etdikləri çox vacibdir. O, Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara başlamaqla status-kvonu dəyişdi ", - Rutte qeyd edib.
Alyansın baş katibi vurğulayıb ki, o, Amerika liderinin hərəkətlərini bəyənir və dialoqun başlanmasını mühüm addım hesab edir.