İsrail yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlar həyata keçirə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən ABC News məlumat yayıb.
Üç mənbənin verdiyi məlumata görə, onların Vaşinqtonun mümkün hücum planlarında iştirak edib-etmədiyi barədə məlumatı yoxdur. Bununla belə, istisna etmirlər ki, ABŞ İsrail tərəfinə kəşfiyyat məlumatı təqdim etmiş ola bilər.
Bundan əvvəl, İsrailin mümkün zərbəsi ilə bağlı yayılan məlumatların fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Səlami bəyan edib ki, İranın cavabı “əvvəlkindən daha güclü və dağıdıcı” olacaq.