EN

Monteneqro müdafiə naziri: Hərbi təlimlər kimyəvi və nüvə müdafiəsini əhatə edəcək

Monteneqro parlamenti ölkənin Ukraynaya dəstək məqsədilə Avropa İttifaqının hərbi təlim missiyasına (EUMAM Ukraine) qoşulmasına səs verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təşəbbüsə 49 deputat dəstək verib, 3 deputat isə bitərəf qalıb.

Monteneqronun müdafiə naziri Dragan Krapoviç bildirib ki, monteneqro hərbçiləri ukraynalı həmkarlarına kimyəvi, bioloji və nüvə müdafiəsi, tibbi təminat, minalardan təmizləmə və əməliyyat hazırlığı sahələrində təlim keçəcəklər.

Nazirin sözlərinə görə, Avropa İttifaqının 24 üzv dövləti artıq Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üçün təlimatçılar və şəxsi heyət göndərib.

Chosen
44
nocomment.az

1Sources