EN

Putin: Düşmənin məhv edilən texnikasının yarısı dronların payına düşür

Düşmənin məhv edilən və sıradan çıxarılan texnikasının əhəmiyyətli hissəsi — təxminən 50 faizi pilotsuz uçuş aparatlarının operatorlarının payına düşür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dövlət silahlanma proqramı ilə bağlı keçirilən iclasda bildirib. 

Dövlət başçısı qeyd edib ki, hazırda pilotsuz uçuş aparatlarının (PUA) döyüş tətbiqinin səmərəliliyi sürətlə artır. Onların zirehli texnikanı, dayaq məntəqələrini, rabitə sistemlərini, nəqliyyat vasitələrini və canlı qüvvəni sıradan çıxarmaq imkanları genişlənir.

“Hazırda məhz PUA operatorlarımızın hesabına düşmənin məhv edilən və zədələnən texnika və obyektlərinin əhəmiyyətli hissəsi — təxminən 50 faizi aiddir,” — deyə Putin vurğulayıb.

Chosen
39
nocomment.az

1Sources