EN

ABŞ Hindistandakı aviaqəza ilə bağlı dəstəyə hazır olduğunu bildirib

ABŞ Hindistanda baş vermiş “Air India” aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğraması ilə bağlı bu ölkəyə yardım təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ lideri hadisəni “dəhşətli” və aviasiya tarixində ən ağır qəzalardan biri adlandırıb. Onun sözlərinə görə, Vaşinqton Yeni Dehliyə bildirib ki, əllərindən gələn hər şeyi etməyə hazırdırlar.

“Bu böyük və güclü dövlətdir, bunun öhdəsindən gələcəklərinə əminəm. Mən onlara bildirdim ki, əgər bizim edə biləcəyimiz bir şey varsa, dərhal ora yollanmağa hazırıq,” — deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, hadisənin səbəbi ilə bağlı hələ heç kimdə dəqiq təsəvvür yoxdur. O əlavə edib ki, Hindistana bir neçə tövsiyə də verib.

“Mən dedim ki, bəlkə də bu məsələyə diqqət yetirəsiniz. Biz təyyarəyə baxdıq. Görünürdü ki, uçuş normal keçirdi. Partlayış izləri müşahidə olunmur. Sadəcə olaraq mühərriklər gücünü itirmiş kimi görünür,” — deyə Tramp qeyd edib.

Chosen
65
nocomment.az

1Sources