EN

Yaxın Şərqdə vəziyyət gərginləşir: İran İsrailə cavab zərbələri hazırlayır

İran hökumətinin üzvləri və hərbi rəhbərliyi İsrailin hücumu zamanı İsrailə zərbə endirmə variantlarını müzakirə etmək üçün görüş keçirib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” Tehrandan adı açıqlanmayan yüksək vəzifəli məmura istinadən məlumat yayıb. Mənbə bildirib ki, Tehran artıq İsrailə cavab hücumu planını hazırlayıb. Onun sözlərinə görə, bura “yüzlərlə ballistik raketdən” istifadə etməklə dərhal əks-hücum da daxildir.

Cümə axşamı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami deyib ki, İran silahlı qüvvələri “istənilən ssenariyə hazırdır”. Onun sözlərinə görə, SEPAH-ın bunun üçün “strateqiyası var”. Bundan əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Amerika kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyindən ehtiyat edir. CBS xəbər verir ki, İsrail artıq İranda hərbi əməliyyat keçirməyə hazırdır. ABŞ hakimiyyəti öz vətəndaşlarını bölgəni tərk etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
23
1
editor.az

2Sources