Atlantik okeanında qeydə alınmış ən böyük ağ köpək balığı ABŞ sahillərində səyahətini davam etdirir.
Bu barədə “The New York Post” yazır. “The Challenger” ləqəbli yırtıcı balığın uzunluğu təxminən 420 santimetr, çəkisi isə təxminən 750 kiloqramdır. Alimlər köpək balığının yaşını 30 yaş hesab edirlər.
Böyük dəniz heyvanlarını tədqiq edən qeyri-kommersiya təşkilatının tədqiqatçıları bildirirlər ki, köpək balığı yanvar ayında JPS peyk izləyicisi vasitəsilə etiketlənib. Siqnal Florida və Corciya sahillərindən 70 kilometr aralıda qeydə alınıb. Təxminən bir ay “yoxa çıxandan” sonra izləyici yenidən siqnal ötürüb – bu dəfə Şimali Karolinada Pamlico Sound yaxınlığında. Müşahidələrə görə, köpək balığı son həftələrdə şimala əhəmiyyətli bir sıçrayış edib. Alimlər bu heyvanların miqrasiya yollarını və davranışlarını daha yaxşı başa düşmək üçün onun hərəkətlərini izləyirlər.
Onların fikrincə, böyük ağ köpək balığı ovlarının sayını tənzimləməklə okean ekosistemlərində əsas rol oynayır.
Bu gün böyük ağ köpək balığı həddindən artıq balıq ovu, iqlim dəyişikliyi və yaşayış yerlərinin itirilməsi təhlükəsi altındadır.
//Samir Qurbanov, Editor.az