EN

Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranı ittiham edən qətnaməni qəbul etməsinə baxmayaraq, İran uranın zənginləşdirilməsindən imtina etməyəcək".

 

Sfera.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkə Prezidenti Məsud Pezeşkian deyib.

 

Onun sözlərinə görə, İran nəzərdə tutulmuş yoldan əl çəkməyəcək:

 

"Obyektlərimiz bombalansa belə, biliklərimiz qalacaq. Onların məhv etdikləri hər şeyi bərpa edəcəyik".

Chosen
21
5
sfera.az

6Sources