Hava gəmilərinin mürəkkəb və inteqrasiya olunmuş sistemləri onları kibertəhdidlərə qarşı həssas edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
İdarəetmə, texniki xidmət və sərnişin bölmələri fərqli risk səviyyələrinə malikdir.
İdarəetmə sistemlərinə hücumlar birbaşa uçuş təhlükəsizliyini poza bilər.
Texniki sistemlərə təsir isə istismar dayanıqlığını azalda bilər.
Əyləncə sistemləri təhlükəsizliyə az təsir etsə də, zəiflik yarada bilər.
Bütün bu amillər kibertəhlükəsizliyin prioritet olmasını zəruri edir.
Aviasiyada inteqrasiya imkanları ilə yanaşı təhlükəsizlik tədbirləri də paralel inkişaf etməlidir.