EN

Türkiyə vətəndaşlarının borcları rekord həddə - 4,4 trilyon lirəyə çatıb » AzadMedia.az



2025-ci ilin may ayının sonuna olan məlumata görə, Türkiyə vətəndaşlarının kredit və kredit kartları üzrə ümumi borcu 4,4 trilyon türk lirəsinə (təxminən 120 milyard dollar) çatıb.
Türkiyənin bank sektorunun son məlumatları göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə borc yükü 43% artıb.

Ekspertlər bu dinamikanı yüksək inflyasiya, yaşayış minimumunun qalxması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqələndirirlər. Getdikcə daha çox vətəndaş gündəlik xərclərini ödəmək üçün borc götürməyə məcbur olur.

Kredit kartı borcları xüsusilə sürətlə artır ki, bu da əhali arasında qısamüddətli borclanmanın artmasından və sərbəst vəsait çatışmazlığından xəbər verir.

Maliyyə analitikləri xəbərdarlıq edir ki, mövcud tendensiyalar qorunub saxlanılarsa, gecikmiş ödənişlərin səviyyəsi və borcun qeyri-sabitliyi arta bilər.

Eyni zamanda, Türkiyə Mərkəzi Bankı artıq istehlak kreditlərinin artımının qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün mümkün tədbirlərin müzakirəsinə başlayıb.

Əvvəllər yazmışdıq ki, Türkiyə əhalisinin 57 faizinin krediti və borcu var.

Morgan Stanley investisiya bankı yeni analitik hesabatında 2025-ci ilin ikinci yarısında Türkiyə iqtisadiyyatının perspektivləri ilə bağlı nikbin olduğunu bildirib.
Chosen
48
1
azadmedia.az

2Sources