EN

Heç kim sonuncu selfi olduğunu bilmirdi...

Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsində beşnəfərlik ailə məhv olub.

“Qafqazinfo” xəbər verir ki, hindli qadın Pratik Coşi artıq bir müddət imiş ki, Londonda həkim kimi işə düzəlibmiş.

O, Hindistana əri Komi Vyasla 3 övladını öz yanına aparmaq üçün gedibmiş.

Ailə təyyarənin göyərtəsində yeni həyatın ilk günündən xatirə kimi birgə foto çəkir. Həyatın işinə baxın ki, bu şəkil çəkildikdən cəmi bir neçə dəqiqə sonra həmin hava gəmisi qəzaya uğrayacaqdı. Şəkildə olanların heç biri isə bunun sonuncu selfi olduğunu bilmirdi…


Chosen
58
qafqazinfo.az

1Sources