EN

Azərbaycan XİN Hindistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə bağlı Hindistana başsağlığı verib.

 

Senzor.az bildirir ki, bununla bağlı XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

 

"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralılara qarşıdakı günlərdə güc və şəfa diləyirik", - deyə paylaşımda bildirilib.

 

Qeyd edək ki, “Boeing 787 Dreamliner” təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. Xarici KİV-in yazdıqlarına görə, bir nəfər istisna olmaqla onların hamısı həlak olub.


Chosen
30
5
senzor.az

10Sources