EN

Cəbhədə vəziyyət ağırlaşdı: Ukrayna mühasirəyə alınır, hədəf bu iki ölkədir

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi getdikcə daha da şiddətlənir. Ukraynanın apardığı hərbi əməliyyatlar və qazandığı bəzi uğurlar, Rusiyanı daha da aqressivləşdirməkdədir. Bu vəziyyət, narahatlıqları artırır. Bunun fonunda, Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi açıqlama diqqət çəkir. O, Rusiyanın Odessanı ələ keçirərək, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırdığını bildirib.

Bu xəbərdarlıq nə dərəcədə realdır?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Zelenskinin söylədiklərində həqiqət var:

“Rusiya Federasiyasının keçirdiyi “xüsusi hərbi əməliyyat”ların məqsədlərindən biri, Ukraynanın dənizlərə çıxışını məhdudlaşdırmaqdır. Ukraynanın bir neçə limanı var, onlardan ən böyüyü isə Odessadır. Bu ərazini Ukraynadan təcrid etmək planı var. Əgər Kiyevin dənizlərə çıxışı bağlanarsa, vəziyyət çox gərginləşəcək. Zelenski buna görə də həyəcan təbili çalır və müttəfiqlərini, vəziyyətin kritik mərhələyə keçmədən xəbərdar etmək istəyir.

Həmçinin oxuyun:

Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Ukraynanın apardığı “hörümçək toru” əməliyyatına Rusiya hələ də reaksiya verməyib, amma buna güclü bir cavabın verilməsi istisna edilmir. Sumi vilayətində qanlı döyüşlər gedir. Burada 50 minlik hərbi kontingent cəmləşdirilib. Rusiya bu planlarını həyata keçirərsə, Ukraynanın strateji baxımdan çox vacib olan oksigen xətti, yəni dəniz yolu qapadılacaq. Rəsmi Kiyev dəniz daşımalarından təcrid olunacaq, dəniz yolları bağlanacaq və bu, ciddi logistika problemlərinə səbəb olacaq.

Tofiq Abbasov

Donald Tramp mövqeyindən geri çəkilmir və Zelenski, Avropadakı müttəfiqlərinə üz tutmağa məcbur olacaq. Hazırda Ukraynanı müharibəni dayandırmağa imkan verməyən Avropanın üç əsas ölkəsi – Böyük Britaniya, Almaniya və Fransadır. Hərbi ssenari artıq həlledici mərhələyə keçmək üzrədir.

Rusiya, böyük strateji ehtiyatlarına arxalanaraq, Ukraynanın xarici əlaqələrini maksimum dərəcədə məhdudlaşdırmağa çalışacaq. Əgər Avropalı müttəfiqlər Kiyevə güclü silahlar və maddi dəstək verməsələr, Ukrayna silahı yerə qoymağa məcbur olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
globalinfo.az

1Sources