EN

İsrail Trampın bu çıxışından sonra İrana raket zərbələri endirməyə başladı...

Xəbər verildiyi kimi, iyunun 12-dən 13-ə keçən gecə israil İranın nüvə obyektlərinə zərbələr endirməyə başlayıb.
 
Moderator.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, İsrail ordusu İranın hərbi və nüvə obyektlərinə zərbələr dalğası başlatdığını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların lazım olduğu qədər davam edəcəyini vurğulayıb.
Xəbər agentlikləri İranın paytaxtında yaşayış binalarına zərbələr endirdiyini bildirdiyi üçün İran hakimiyyəti Tehranın beynəlxalq hava limanında uçuşları dayandırıb.
 
ABŞ dövlət katibi Mark Rubio  ABŞ-ın bu zərbələrdə “əli olmadığını” deyib və İranı regiondakı Amerika bazalarına hücumdan çəkindirib.
İrana zərbələr ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Tehranla diplomatiyaya sadiq olduğunu deməsindən qısa müddət sonra baş verib.
 
S.Laçın
 
 
Chosen
18
50
moderator.az

10Sources