EN

İsrail zərbələrə görə "ağır bədəl" ödəyəcək - İran İsraili hədələdi

İsrail cümə günü İrana qarşı həyata keçirdiyi hücumlara sərt cavab verəcək.

Ucnoqta.az xəbər verir ki, “Al Masirah” telekanalının məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İsrailin hücumları ABŞ-ın dəstəyi ilə təşkil edilib.

“Düşmən və Amerika bunun əvəzini ödəyəcək və sarsıdıcı zərbəyə məruz qalacaq” - “Əl Məsirə” İran hərbçilərinin nümayəndəsindən sitat gətirib.

Əl-Cəzirə İran Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən bildirir ki, İsrail öz hücumlarına görə "ağır bədəl" ödəyəcək.

Chosen
7
ucnoqta.az

1Sources