EN

İsveçdə Ukraynanın gələcəyini müzakirə etmək üçün "gizli" görüş keçiriləcək

Dünən Stokholmda Bilderberq Qrupunun "gizli iclası" başlayıb. Orada digər məsələlərlə yanaşı, Ukraynanın gələcəyi də müzakirə olunur. Bu barədə RMF2 xəbər verir. İclasın iyunun iyunun 15-dək davam edəcəyi bildirilir. Görüş "Grand Hotel"də debat və mətbuat konfransı verilmədən keçiriləcəyi üçün "gizli"dir. Avro-Atlantik münasibətlər, Ukraynanın gələcəyi, ABŞ iqtisadiyyatı, Avropa, Yaxın Şərq, həmçinin müdafiə innovasiyaları, süni intellekt və miqrasiya məsələləri müzakirə olunacaq.

NATO-nun baş katibi Mark Rutte, İsveçin baş naziri Ulf Kristersson, Polşanın xarici işlər naziri Radoslav Sikorski, Finlandiya prezidenti Aleksandr Stubb, Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq və Bundestaqın spikeri Julia Klöcknerin iştirakı gözlənilir.

Bilderberg Qrupu Avropa və Şimali Amerikanın siyasi elitasından, sənayedən, maliyyədən, elmdən və mediadan 120-150 nəfərin iştirak etdiyi illik özəl konfransdır. Konfrans 1954-cü ildən hər il keçirilir. Bütün iştirakçılar yalnız dəvətlə qəbul olunurlar və toplantıda əldə etdikləri məlumatlardan istifadə etmək hüququna malikdirlər, lakin onun kimə aid olduğunu açıqlamaq olmaz.

Əziz Mustafa

Chosen
48
oxumeni.az

1Sources