İranın “Fars News” agentliyi İRNA-nın məlumatlarını təkzib edib.
Ulusal.az xəbər verir ki, bu barədə “Fars News”un müxbiri iran ordusundakı mənbələrə istinadla məlumat yayıb.
O bildirilib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İsrailin hücumu nəticəsində həlak olub.
xxx
06:30
İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami, həmçinin nüvə proqramı üzrə iki aparıcı ekspert doktor Mehdi Tehrançi və Fereydun Abbasinin ölümünü rəsmən təsdiqləyib.
Ulusal.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Mənbələrin məlumatına görə, 2010-cu ildə sui-qəsd cəhdindən sağ çıxan Abbasi cəmi iki həftə əvvəl İranın taktiki nüvə silahı yaratma ehtimalından danışıb.
İsrail KİV-lərinin məlumatına görə, bu itkilər İranın strateji hərbi obyektlərini, o cümlədən raket sistemlərini və hava hücumundan müdafiə sistemlərini zədələmək məqsədi daşıyan bir sıra gizli Mossad əməliyyatlarının nəticəsi olub. Mənbələr iddia edir ki, İsrail kəşfiyyat xidmətləri Tehranın müdafiə potensialını zəiflətmək üçün məqsədyönlü əməliyyatlar həyata keçirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri İrandakı hədəflərə hava zərbələri endirib. Tehranda partlayışlar qeydə alınıb
Bundan əvvəl KİV İranın ali hərbi rəhbərliyinin mümkün sıradan çıxarılması ilə bağlı xəbərlər yayıb.
xxx
06:00
İsrailin endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri öldürüldüyü ehtimal edilir.
Ulusal.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilər.
Həmçinin qeyd edilib ki, hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami də məhv edilib. “Tasnim” agentliyi Hüseyn Salaminin öldüyünü təsdiqləsə də, İran hökuməti hələlik açıqlama verməyib.

