EN

Müasir qonaqpərvərliyin lüğəti -SƏHƏR OXUSU

Müasir dövrdə restoran mədəniyyəti təkcə yemək yemək vərdişi deyil, həm də həyat tərzinin, sosial münasibətlərin və xidmət sahəsinin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə bu mədəniyyət böyük şəhərlərdə daha çox yayılıb.

Şəhərlərdə yaşayan müxtəlif insanlar müxtəlif mətbəxləri, mədəniyyətləri nümayiş etdirən restoranlar ilə qarşılaşır. Bu restoranlardan bəziləri lüks və rəsmi, bəziləri isə rahat və gündəlik olur. 

Bəzən olur ki, restoranlara gedən zaman fərqli sözlər, restoran mədəniyyətini əks etdirən terminlər eşidirik. Lakin restoranlarla bağlı işlədilən terminlərin mənasını anlamaq həm müştərilər, həm də bu sahədə çalışanlar üçün vacibdir. Ölkəmizdə də restoranlarda belə sözlərə tez-tez rast gəlirik. Xüsusi ilə ingilis dilində işlədilən bu sözlər artıq restoran mədəniyyətinin bir parçasına çevrilib. 

Valyuta.az restoran sahəsində tez-tez rast gəlinən və gündəlik istifadə olunan əsas terminləri təqdim edir.

Restoranlarda eşitdiyimiz əsas terminlər aşağıdakılardır:

Menyu – Restoranın təqdim etdiyi yemək və içkilərin siyahısıdır. Menyular sadə və ya tematik ola bilər. Bəzən müəyyən günlər üçün xüsusi “gündəlik menyu” da təqdim olunur.

Rezervasiya – Müştərinin əvvəlcədən masa sifariş etməsi. Xüsusilə məşhur və sıxlıq olan restoranlarda rezervasiya vacib amildir.

À la carte – Menyudan istənilən yeməyin ayrıca sifariş olunduğu sistemdir. Bu cür menyuda hər yemək və içki ayrıca qiymətləndirilir.

Buffet (bufet) – Müxtəlif yeməklərin açıq şəkildə təqdim olunduğu və müştərinin sərbəst şəkildə seçib yediyi sistem. Hotellərdə və korporativ tədbirlərdə geniş yayılıb.

Takeaway ya Paket servis – Müştərinin yeməyi restoranda deyil, özü ilə aparmaq üçün sifariş etdiyi xidmətdir. Xüsusi qablarda təqdim olunur.

Delivery – Sifariş olunan yeməyin ünvanına çatdırılması. Bu xidmət onlayn platformalar və ya telefon vasitəsilə həyata keçirilir.

Fine dining – Yüksək keyfiyyətli yemək, elit interyer və peşəkar xidmətlə seçilən restoran kateqoriyası. Burada estetik və kulinariya təcrübəsi əsas götürülür.

Casual dining – Orta qiymət kateqoriyalı, rahat atmosferə malik restoranlardır. Ailəvi və dostlarla rahat yemək yemək üçün əlverişlidir.

Fast food – Tez hazırlanıb tez təqdim edilən yeməklərdən ibarət sistemdir. Daha çox küçə mətbəxi və zəncir restoranlarda tətbiq olunur.

Food truck (səyyar yemək maşını) – Küçələrdə fəaliyyət göstərən, mobil restoran funksiyasını yerinə yetirən vasitələrdir. Tez-tez festivallarda və şəhər mərkəzlərində rast gəlinir.

Pop-up restoran – Müvəqqəti fəaliyyət göstərən restoran və ya yemək məkanıdır. Bəzən kulinariya eksperimentləri üçün yaradılır.

Tasting menu (Dadımenyu) – Aşpazın seçdiyi müxtəlif kiçik porsiyalı yeməklərdən ibarət menyudur. Müştəri müxtəlif ləzzətləri dadmaq imkanı əldə edir.

Open kitchen (Açıq mətbəx) – Müştərinin aşpazları və yeməyin hazırlanma prosesini görməsi üçün nəzərdə tutulmuş şəffaf mətbəx sistemidir.

Qeyd edək ki, restoran sahəsində istifadə olunan terminləri bilmək yalnız peşəkarlar üçün deyil, müştərilər üçün də faydalıdır. Bu terminlər qastronomik təcrübəni daha anlayışlı və məqsədyönlü edir. Restoran seçərkən və sifariş verərkən bu terminlərin mənasını bilmək daha rahat və mədəni bir təcrübə yaşamağa imkan verir.

Günay

Chosen
7
valyuta.az

1Sources