EN

Aİ-nin Ukrayna üzrə nümayəndəsi keçmiş Avropa komissarı Ylva Yohansson olacaq

Avropa İttifaqı AB-də ukraynalılar üçün xüsusi nümayəndə təyin etməyə hazırlaşır. Bu vəzifəyə keçmiş Avropa komissarı Ylva Yohansson seçiləcək. Bu barədə “Politico məlumat yayıb.

Təyinatla tanış olan iki məmur bildirib ki, Yohansson yeni vəzifəyə keçəcək və o, Ukrayna qaçqınları üzrə Komissiyanın bu yaxınlarda dərc olunmuş uzunmüddətli strategiyasına nəzarət etməyə kömək edəcək.

Keçmiş İsveç naziri Yohansson 2019-2024-cü illərdə daxili işlər komissarı olub. O, bir neçə dəfə Ukraynaya, o cümlədən Rumıniya ilə sərhəddəki qaçqın düşərgəsinə səfər edib və ötən ilin sentyabrında Ukraynanın “Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Qeyd olunur ki, xüsusi nümayəndənin rolu Avropa İttifaqında “koordinasiyanı gücləndirmək, ukraynalıların maraqlarını təmsil etmək və onlara dəstək olmaq üçün praktiki alətləri həyata keçirmək” olacaq.

Əziz Mustafa

Chosen
11
1
oxumeni.az

2Sources