EN

Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi

Yevlax Rayon Məhkəməsində mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən S.S.in (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin (CM) 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində həmin maddə ilə başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib. Təqsirləndirilən şəxs CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 il 11 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.

 

İttihama görə, S.S. Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi və müdiri vəzifəsində işləyib.

 

O, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suii-stifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən israf edərək talamış, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib. Təqsirləndirilən şəxs ümumilikdə 20 613,38 manat pulu mənimsəyib.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2025, 08:58   
Chosen
42
1
pravda.az

2Sources