EN

İtaliya klubu "Liverpul"un hücumçusunu istəyir

"Liverpul"un hücumçusu Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.

Məlumata görə, 25 yaşlı forvardın xidmətində "Napoli" maraqlıdır. Mənbə artıq Neapol təmsilçisinin nümayəndələrinin uruqvaylı futbolçu ilə ünsiyyət qurduqlarını vurğulayıb. Son çempionun "Mançester Yunayted"dən Rasmus Höylund, "Udineze"dən Lorentso Lukke kimi hücumçuları da diqqətdə saxladığı açıqlanıb.

Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 47 matça çıxan Nunyes 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən ön xətt oyunçusunun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.

Chosen
5
1
fanat.az

2Sources