İranın ABŞ-la nüvə danışıqlarında öz mövqeyindən geri çəkilməməsi ona qarşı hərbi əməliyyatlara rəvac verdi. ABŞ göstərişi ilə İsrail Irana qarşı hərbi əməliyyatlara başladı. SEPAH komandanı, nüvə alimləri nöqtə atışı ilə məhv edilib. Tehranın mərkəzinə keçirilən hava əməliyyatları göstərdi ki, İranın havadan müdafiə sistemləri iflicdi.
İran İsrailə qarşı ballistik raketlərlə cavab verəcək. Amma, bunun İsraildə böyük dağıntılara gətirib çıxaracağı mümkün deyil. Belə olan təqdirdə İsrail İran qarşı hərbi əməliyyatlara başlamazdı. Prosesi ABŞ idare edir və Tehran nüvə proqramından əl çəkməyincə, Vaşinqtonla razılaşmasa, əməliyyatların davam etməsi gözlənilir.
İran geniş miqyaslı müharibədə maraqlı görünmür. Amma, öz mövqeyindən geri çəkilmir. İsrailin İran keçirdiyi hərbi əməliyyatların nəticəsi Tehran üçün ciddi nəticə çıxaracaq bir durumdur. Çünki, İsrail strateji əhəmiyyətli bir əməliyyat keçirib. Bununla Tehranın nə qədər zəif müdafiə sisteminə malik olduğu və SEPAH daxilində casusların olduğu üzə çıxdı. Çünki, əməliyyat İran hərbiçiləri öz evində olduğu vaxt həyata keçirilib. İran ordusunun Baş qərargah rəisi, SEPAH komandanı və nüvə alimləri öldürülüb. İranın kəşfiyyat və ordu sisteminə İsrail sıza bilib. Ordu və təhlükəsizlik rəhbərliyi öz təhlükəsizliyini qoruyan bilmirsə, ölkənin müdafiəsini necə qoruduğu göz qabağındadır.
İran Yaxin Şərqdə zəifləyir. Bu ölkənin zəifləməsi region ölkələrinin təhlükəsizliy maraqlarına cavab verir. Buna baxmayaraq İran Azərbaycanla qonşu ölkədir və orada 40 milyon soydaşımız yaşayır. İran nüvə proqramını dayandırsa, bu müharibə baş verməz. Sabah ABŞ və İran arasında nüvə danışıqlarının beşinci raundu keçirilməlidir. İran danışıqlara qatılmasa, əməliyyatlar davam edəcək.
Ümumiyyətlə, ABŞ icazəsi olmadan İsrail heç bir yerə adi bomba atmaz.
Zəngəzur dəhlizinin açılmasına biz icazə vermirik. Bu, " İranın qırmızı xəttidir"- deyənləri İsrail yatdıqları yerdə vurdu. Bəs, Azərbaycanı hədələyirdiz!? İsrailə ciddi və nəticəli cavab verəcək gücdə deyillər..
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini