EN

Qızılın qiyməti iki ayın ən yüksək səviyyəsinə çatdı

BAKI, 12 iyun. TELEQRAF

Qızılın qiyməti son iki ayın ən yüksək səviyyəsinə qalxıb.

Teleqraf xəbər verir ki, buna səbəb İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə gərginliyin artması fonunda investorların təhlükəsiz aktivlərə üz tutması olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.36% artaraq 3.448.55 ABŞ dollarına bərabər olub.

Birja məlumatlarına görə, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.01% azalaraq 36.29 ABŞ dolları təşkil edib.

Chosen
33
teleqraf.com

1Sources