EN

Qardaş bacısını silahla oynayarkən öldürdü

Türkiyənin Kütahya vilayətinin Tavşanlı rayonunda faciəvi hadisə baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, tüfənglə oynayan azyaşlı qardaş təsadüfən bacısına atəş açaraq onun ölümünə səbəb olub.

Hadisə barədə yerli KİV-in yaydığı məlumata görə, Bursada çalışan 23 yaşlı YY çərşənbə axşamı axşam saatlarında ailəsini ziyarət etmək üçün Tavşanlının Moymül məhəlləsi, Huzur küçəsindəki evlərinə gəlib. Bildirilir ki, o, evə daxil olduqdan sonra tüfəngini stolun üzərinə qoyub.

Bu zaman onun 15 yaşlı kiçik qardaşı O.Y. silahı götürərək ehtiyatsızlıqdan mətbəxdə olan 19 yaşlı bacısı Nisanur Yakına atəş açıb. Güllə onun həyatına son qoyub.

Silah səsini eşidən ailə üzvləri Nisanuru qanlar içində tapıblar. Gənc qız hadisə yerindəcə həyatını itirib. Onun cənazəsi ilkin araşdırmalardan sonra Tavşanlı Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb.

Chosen
28
manset.az

1Sources