EN

Paşinyan Ərdoğanın qonağı olacaq -RƏY

Bu səfər İrəvan-Bakı arasında sülh danışıqlarının irəliləməsini stimullaşdıra bilər
 
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Erməni KİV-lərinin məlumatına görə, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Sherg.az-a deyib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri reallaşarsa, bu, müsbət mənada proseslərə öz təsirini göstərə bilər:

 "Ən azından bu səfər ikili münasibətlərin, yəni Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində mümkün addımların atılmasını, həmçinin İrəvan-Bakı arasında sülh danışıqlarının irəliləməsini stimullaşdıra bilər. Əsas məsələ Nikol Paşinyanın Türkiyəyə səfər etməsinə imkan verilib-verilməyəcəyidir. Çünki Paşinyanın Türkiyəyə səfər məsələsi bir neçə dəfə gündəmə gəlsə də, reallaşmayıb. Görünür, buna maneçilik törədilib. Həm Ermənistan daxilindəki məlum güclər, həm də xaricdəki dairələr buna imkan verməməyə çalışırlar. Digər məsələ isə səfər çərçivəsində əldə olunacaq hər hansı məsələnin reallaşıb-reallaşmayacağı ilə bağlıdır. Yəni razılaşmaların icrası necə həyata keçiriləcək. Bunun özü ciddi sual doğuran məsələdir. İstənilən halda bu cür səfərlərin baş tutması ikili və regional münasibətlərə müsbət təsirini göstərə bilər".
Chosen
5
1
sherg.az

2Sources