İyunun 12-13-də səhər saat 3-də İsrail İrana hücum etdi. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib. Hədəf İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi, həmçinin nüvə proqramı üzərində çalışan alimlər olub. İslam Respublikasının mənəvi rəhbərliyinin çoxlu nümayəndələrinin yaşadığı Quma da zərbələr endirilib. İranın dövlət xəbər agentliyi İRNA, təsdiqlənməmiş məlumatlara istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və fizik Məhəmməd Mehdi Tehrançi İsrailin zərbələri nəticəsində həlak olublar.
Surxay Əliyev