EN

SEPAH: İsrail layiqli cəzasını alacaq

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İran ərazisinə hücumları ilə bağlı bəyanat yayaraq, zərbələrə qətiyyətli cavab verəcəyini vəd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlaminin İsrailin zərbələri nəticəsində həlak olması ilə bağlı başsağlığı verərək, SEPAH İsrailin hücumuna tam güc və sayıqlıqla “qətiyyətli və sərt cavab verməyə” hazır olduğunu qeyd edib.

“Belə terror aktları və kriminal hadisələrin qarşısının alınması üçün artıq lazımi ehtiyat tədbirləri və planlaşdırma həyata keçirilib və İran xalqına düşmən tərəfindən bu cinayət əməlinin təfərrüatları ilə yanaşı, dərin təəssüf hissi yaradacaq cavab addımlarının təfərrüatları da təqdim olunacaq”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə İsrailin zərbələri ilə bağlı mesaj göndərərək, ölkənin bu hücumu cəzasız qoymayacağına söz vermişdi. 

Chosen
70
veteninfo.az

1Sources