Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Polis Akademiyasında təşkil olunan tədbirdə çıxış edib.
QHT.az xəbər verir ki, İnstitutun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda keçirilən tədbirdə iştirak edib. “İnsan Hüquqları Günü”nə, həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbirdə V.İbayev insan hüquqlarının Konstitusiya təminatları və suverenlik mövzusu ilə bağlı çıxış edib.