EN

MAQATE İsrailin İranın Nüvə obyektinə zərbə endirdiyini təsdiqləyib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumundan sonra İran hakimiyyəti ilə əlaqə saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi məlumat verib. Qrossinin sözlərinə görə, Tehran Natanzdakı nüvə obyektinə hava zərbəsi endirilməsi barədə MAQATE-ni məlumatlandırıb. Lakin Buşehr AES-i İDF-nin hədəfləri arasında olmayıb.

“MAQATE İrandakı son dərəcə narahatedici vəziyyəti diqqətlə izləyir. Agentlik Natanz obyektinin hədəflər arasında olduğunu təsdiqləyə bilər”, deyə MAQATE-nin X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir. Daha sonra Agentlik Natanz obyektində radiasiya səviyyəsinin keçilmədiyini bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gecə İran ərazisinə “önləyici zərbə” endirib. Nəticədə SEPAH komandiri Hüseyn Salami, Baş Qərargah rəisi Məhəmməd Baqiri və nüvə alimləri həlak olub. Tehran mediasının məlumatına görə, Natanz obyektində partlayış səsləri eşidilib.

Poliqon.info

Chosen
61
18
poliqon.info

10Sources