Ali MÉ™hkÉ™mÉ™dÉ™ külli miqdarda rüşvÉ™t almaqda tÉ™qsirlÉ™ndirilÉ™n SÉ™hiyyÉ™ Nazirliyi 1 nömrÉ™li Respublika Psixiatriya XÉ™stÉ™xanasının sabiq şöbÉ™ müdiri Hüseyn Seyidovun barÉ™sindÉ™ki qÉ™rardan verilÉ™n kassasiya ÅŸikayÉ™ti üzrÉ™ mÉ™hkÉ™mÉ™ iclası baÅŸa çatıb.Â
Â
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Â
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Hüseyn Seyidovun Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddəsi ilə təqsirli bilinməsi və cəza təyin edilməsi, eləcə də Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirli bilinməsi hissələrində ləğv edilib. Məhkumun ittihamından Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri xaric olunub. Onun 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 3 aya endirilib.
Â
Qeyd: H.Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Â
İttihama görə, sabiq şöbə müdiri müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət alıb.
Â
H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Â
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi.
Â
Kamal Məmmədov